AZ

Külək güclənəcək - XƏBƏRDARLIQ

Bakı. Trend:

Hazırda Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğunolaraq şimal-qərb küləyi əsir. Sinoptiklərin məlumatına görə yaxıngünlərdə Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiətolunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncıxəbərdarlıq şkalasına keçəcək.

Trend xəbərverir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibiİradə İbrahimova əhalini verilən hava xəbərdarlıqlarına diqqətgöstərməyə çağırıb.

“Sarı və narıncı xəbərdarlıq güclü küləkli hava dəyişkənliyindənxəbər verir və gözlənilən meteoroloji şəraitdən xəbərdar olmaq,qarşısı alına biləcək risklərdən uzaq olmaq anlamına gəlir. Bunagörə də sinoptiklərin verdiyi xəbərdarlıq məlumatlarını ciddiyəalaq, çünki verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaqüçündür.

İ.İbrahimova vurğulayıb ki, xüsusən də güclü külək zamanıirigövdəli ağacların, tikinti sahələrinin, yüngül konstruksiyalıörtüklərin yaxınlığında dayanmayaq.

“Tövsiyəmiz odur ki, ehtiyat tədbirlərini unutmayaq, diqqətli vətədbirli davranaq. Qabaqcadan tədbirli olaq ki, güclü küləyinyarada biləcəyi fəsadlardan qoruna bilək”.

Məqalədə:
Seçilən
2
31
az.trend.az

10Mənbələr