AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 20 Bakı şəhəri, 1 fevral 2025-ci il

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209 (Cild I); 2024, № 9, maddə 1061; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 dekabr tarixli 558 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4 nömrəli əlavənin 10-1-ci hissəsi ləğv edilsin;

1.2. 7 nömrəli əlavənin sonuna aşağıdakı məzmunda qeyd əlavə edilsin:

“Qeyd. Akt qeydinin 9-1-ci hissəsində nəzərdə tutulan məlumatlar yalnız 2025-ci il 1 iyuladək qeydə alınmış nikahların pozulması qeydə alınarkən göstərilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627 (Cild I); 2024, № 1, maddələr 110, 124, № 9, maddələr 1061, 1067; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 dekabr tarixli 534 nömrəli və 29 dekabr tarixli 558 nömrəli, 2025-ci il 22 yanvar tarixli 12 nömrəli qərarları) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.3-cü bənd üzrə:

2.1.1. birinci abzasa “övladlığa götürülənlər arasında” sözlərindən sonra “, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında” sözləri əlavə edilsin;

2.1.2. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Nikaha daxil olmaq istəyən şəxslər arasında bu bəndin birinci abzasında qeyd olunan qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılmalıdır. Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir.”;

2.2. 3.14-cü bənd ləğv edilsin;

2.3. 6.8-ci bənddə “valideynlər nikaha daxil olmamışlarsa, onların” sözləri “valideynlərin” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 20 may tarixli 81 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 453 (Cild I) ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.4.3-cü yarımbəndində “erkən nikah hallarının azaldılması məqsədi ilə” sözləri “erkən nikahın mənfi nəticələrinə dair” sözləri ilə əvəz edilsin.

4. “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 803 (Cild I); 2024, № 2, maddə 235, № 10, maddə 1164) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci hissədən “18 yaşadək (erkən nikah) və” və “, o cümlədən müvafiq ərizələrindəki məlumatlara əsasən qohum hesab edilən şəxslər arasında nikaha” sözləri çıxarılsın;

4.2. həmin Qərarla təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” üzrə:

4.2.1. 2.1-ci bənddə “Bu Qaydada” sözləri “Bu Qaydanın məqsədləri üçün” sözləri ilə əvəz edilsin;

4.2.2. 2.1.1-ci yarımbəndə “bağlanılmış nikah” sözlərindən sonra “(2025-ci il 1 iyuladək qeydə alınmış) və ya erkən evlilik” sözləri əlavə edilsin;

4.2.3. 2.1.2-ci yarımbəndə “bağlanılmış nikah” sözlərindən sonra “(2025-ci il 1 iyuladək qeydə alınmış) və ya nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq” sözləri əlavə edilsin;

4.2.4. 6.1.6-cı yarımbənddən “nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan” sözləri çıxarılsın;

4.2.5. 6.1.8-ci yarımbənddən “18 yaşadək və” və “, o cümlədən qohumlar” sözləri çıxarılsın.

5. Bu Qərar 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Seçilən
7
xalqqazeti.az

1Mənbələr