AZ

Ançelotti təyziqlərə tab gətirmədi -

La Liqada “Real Madrid”in səfərdə “Espanyol”a 0-1 hesablı məğlubiyyətindən sonra Karlo Ançelottinin heyət seçimi tənqid edilmişdi. Metbuat.az xəbər verir ki, məşqçinin Arda və Endrik kimi istedadlı futbolçulara şans verməməsi etirazlara səbəb olub. Arda Gülerin matçlarda az oynaması mübahisə yaradıb. İspaniya mətbuatının məlumatına görə, Ançelotti İspaniya Kral Kubokunun 1/4 final matçında "Leqanes"lə oyunda Arda Gülerə şans verəcək. İspaniyanın yüksək tirajlı “Marca” qəzeti Arda Gülerin “Leqanes”lə matça ilk 11-də başlayacağını açıqlayıb.

Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid”in heyətində 26 matçda forma geyinib. Futbolçu 26 matçda 3 qol vurub, 5 məhsuldar ötürmə edib və 8 qola birbaşa töhfə verib.

Seçilən
8
1
metbuat.az

2Mənbələr