“İran nüvə silahı istehsal etməyə çox yaxındır”.
Editor.az Free Press-ə istinadla məlumat verir ki, bu bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.
Tramp vurğulayıb ki, ABŞ Tehranın bu cür silahlara sahib olmasına icazə verməyəcək. ABŞ prezidenti əlavə edib: “Onların nüvə silahı ola bilməz. Bu mənim yeganə şərtimdir”.
Dünən bildirilib ki, iranlı hərbi mühəndislər və elm adamları bir il deyil, aylar ərzində artan nüvə yanacağı ehtiyatlarını real silaha çevirməyə imkan verəcək qısa yol axtarırlar.
“New York Times”ın məlumatına görə, məsələnin ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu arasında müzakirə ediləcəyi gözlənilir.
//Gülnarə Abasova, Editor.az