AZ

"Bu gün daha bir qarşılaşma baş tutacaq" - Azərbaycan Basketbol Liqası

Azərbaycan Basketbol Liqasının XIV turunda bu gün daha bir qarşılaşma baş tutacaq.   Manset.az Report-a istinadən xəbər verir ki, B qrupunda "Quba" "Sumqayıt"la üz-üzə gələcək. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 19:00-da başlayacaq. "Sumqayıt" hazırda qrupda 18 xalla dördüncüdür. Sonuncu - 6-cı pillədə olan "Quba"nın 16 xalı var.

Qeyd edək ki, XIV turun dünən keçirilən "Abşeron" - "Naxçıvan" matçı ikincilərin 76:70 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
4
4
manset.az

5Mənbələr