Mingəçevirdə idarəetmədən çıxan maşın yaşıllıq zolağına girib.
Avtosfer.az xəbər verir ki, hadisə Texnologiyalar Parkı yaxınlığında baş verib. Belə ki, iki avtomobil toqquşub.
İdarəetmədən çıxan "Mercedes" yol kənarındakı yaşıllıq zolağına düşüb. Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.