Bakı. Trend:
Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən yüklərin (nəqliyyat) sığortası üzrəyığımların həcmi 7 milyon manatı ötüb.
Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.
Yüklərin (nəqliyyat) sığortası – malların bir nəqliyyat vasitəsiilə daşınması zamanı onların mümkün zədələnməsi, itməsi və yaoğurlanmasına qarşı maliyyə qoruması təmin edən sığortanövüdür.
Məlumata görə, bu sığorta növü üzrə toplanmış sığorta haqqından1,7 milyon manat sığorta ödənişi edilib. Edilən sığorta ödənişləritoplanmış sığorta haqqından 5,3 milyon manat və ya 4 dəfə azolub.
Ötən il yüklərin sığortası üzrə yığımlar əvvəlki illə müqayisədə1,02 milyon manat və ya 17,1% artıb. Bu sığorta növü üzrə ödənişlərisə illik müqayisədə 1,5 milyon manat, yaxud da 8,4 dəfə çox olub.Belə ki, 2023-cü ildə yüklərin sığortası üzrə yığımların həcmi 5,98milyon manat, ödənişlərin həcmi isə 210 min manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarınınümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəkigöstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur.Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumihəcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4milyon manat və ya 28,1% artım deməkdir.