AZ

ABŞ Təhsil Nazirliyi ləğv oluna bilər? - Mask yoxlamalara başladı

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin İşinin Effektliliyinin Yüksəldilməsi İdarəsi (DOGE) ABŞ-ın Təhsil Nazirliyində yoxlamalar aparmağa başlayıb. "Nyu-York Tayms" (The New York Times - NYT) nəşrinin yazdığına görə, bu yoxlamalar işdən qovulmalarla nəticələnə bilər. 

Bundan əvvəl isə "The Wall Street Journal" qəzeti anonim mənbəyə istinadla məlumat vermişdi ki, Donald Tramp administrasiyasında ABŞ Təhsil Nazirliyinin tamamilə ləğv edilməsinə səbəb ola biləcək fərmanın verilməsinin mümkünlüyü müzakirə edilir. Təhsil Nazirliyinin gələcəyi ilə bağlı planların müzakirəsi fonunda nazirliyin onlarla əməkdaşı məzuniyyətə göndərilib. Bu addımın səbəbləri hələ açıqlanmayıb.

Hürr Tərcüman

 

Seçilən
1
hurriyyet.az

1Mənbələr