AZ

Son bir ayda müştərilərin banklardakı əmanətləri 439 milyon manat artıb

2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin depozit portfeli 14 milyard 299,1 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Depozit portfeli aylıq müqayisədə 439,2 milyon manat (3,2%), 2024-cü ilin əvvəli ilə müqayisədə 1 milyard 716,9 milyon manat (13,6%) böyüyüb.

Depozit portfelinin 9 milyard 400 milyon manatı milli valyutada, 4 milyard 899 milyon manatı xarici valyutada formalaşıb.

Milli valyutada əmanətlər son bir ayda 365,3 milyon manat (4%), son bir ildə 1 milyard 89,1 milyon manat (13,1%), xarici valyutada əmanətlər aylıq müqayisədə 73,9 milyon manat (2%),  illik müqayisədə 627,8 milyon manat (15%) böyüyüb.

Seçilən
0
fed.az

1Mənbələr