Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə "Neftçi" Tovuzda "Kəpəz"in qonağı olacaq. Bu, əzəli rəqiblərin kubokda 13-cü dueli olacaq. Əvvəlki 12 oyundan 4-də gəncəlilər, 6-da isə bakılılar qələbə qazanıblar, daha iki görüş isə heç-heçə nəticələnib. Kubok görüşlərində “Neftçi”nin son 6 matçda meydanı qol vurmadan tərk etməməsi, “Kəpəz”in isə son 7 görüşdə qələbə qazanmaması maraqlı faktlardır.
Günün ikinci oyunu paytaxtda baş tutacaq. "Sabah" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Bu, tərəflər arasında "ikinci cəbhə"də ikinci duel olacaq. Əvvəlki yeganə görüşdə “Sumqayıt” böyük hesabla (3:0) qalib gəlib.
Qeyd edək ki, mərhələnin digər oyunları (“Araz-Naxçıvan” – “Zirə” və “Səbail” – “Qarabağ”) sabah baş tutacaq.
Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
5 fevral
16:00. "Kəpəz" – "Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə, Nicat İsmayıllı.
Hakim-inspektor: Rövşən Əhmədov.
Tovuz şəhər stadionu.
18:30. "Sabah" – "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov, Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
Bank Respublika Arena.