Bakı. Trend:
Qanunsuz miqrantları daşıyan ilk təyyarə ötən gün ABŞ-ninKubadakı Quantanamo hava bazasına eniş edib.
Trend xəbər verirki, bu barədə ABC telekanalı öz mənbələrinə istinadən məlumatyayıb.
Kanalın verdiyi məlumata görə, təyyarə Texas ştatınınaeroportundan qalxıb və kiçik mühacir qrupunu, o cümlədən,Venesualadan olan “Tren de Aragua” transmilli mütəşəkkil cinayətkardəstənin 10 üzvünü Quantanmoya çatdırıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqona və DaxiliTəhlükəsizlik Nazirliyinə ABŞ-nin Quantanamo hərbi bazasındayerləşən müvəqqəti miqrant saxlama mərkəzinin "tam tutuma qədər"genişləndirilməsi barədə tapşırıq verib.
Sənədin mətninə əsasən, mərkəzdə ABŞ-də qanunsuz şəkildə olan vəən təhlükəli cinayətkarlar hesab edilən əcnəbilərin saxlanması üçünəlavə yerlərin təmin edilməsi nəzərdə tutulur.
Bundan əvvəl Ağ Evdə çıxışı zamanı Tramp bildirib ki, onunplanlarına əsasən, Quantanamoya 30 minə qədər qanunsuz mühacirinköçürülməsi mümkündür.