Avropanın beş böyük futbol liqasında 2024-2025 mövsümü üçün qış transfer pəncərəsi başa çatıb.
Hafta.az-ın yazdığına görə, klublar komandalarını gücləndirmək üçün yüksək ödənizlərlə mühüm transferlər edib. Ən bahalı 10 transferini təqdim edirik:
10. Donyell Malen (Aston Villa) - 25 milyon avro,
9. Elye Vahi (Ayntraxt Frankfurt) - 26 milyon avro,
8. Patrik Dorqu (Mançester Yunayted) - 30 milyon avro,
7. Santiaqo Gimenez (Milan) - 32 milyon avro,
6. Vitor Reis (Mançester Siti) - 37 milyon avro,
5. Əbdukodir Xusanov (Mançester Siti) - 40 milyon avro,
4. Xavi Simons (RB Leipzig) - 50 milyon avro,
3. Niko Qonzales (Mançester Siti) - 60 milyon avro,
2. Xviça Kvaratsxeliya (PSJ) - 70 milyon avro,
1. Ömər Marmuş (Mançester Siti) - 75 milyon avro.