AZ

"Nüvə silahlarını Ukraynaya qaytarın!" - Zelenksi (VİDEO)

Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə NATO-ya üzv olmaq arzusunu bəyan edib. Əvvəllər bu ehtimal ABŞ və digər Qərb ölkələrində dəfələrlə dilə gətirilsə də, məsələ danışıqlardan yan keçməyib.

"Unikal" xəbər verir ki, britaniyalı jurnalist Pirs Morqana müsahibəsində Zelenski bəzi açıqlamalar verib.

Ukrayna lideri bildirib ki, əgər Amerika hakimiyyəti Ukraynanı alyansda görmək istəmirsə, bu zaman onun nüvə silahlarını geri qaytarmalıdır:

"Ona görə də gəlin bunu belə edək: nüvə silahlarımızı bizə geri verin; bizə raket sistemlərini verin; Tərəfdaşlar, milyonluq ordunu maliyyələşdirməmizə kömək edin, kontingentinizi dövlətimizin vəziyyətində sabitlik istədiyimiz bölgələrə köçürün ki, insanlar sakitləşsin".

Zelenski etiraf edib ki, Ukraynanın NATO-ya qoşulması prosesi onilliklər boyu uzana bilər. Ukrayna lideri Qərb ölkələrini ölkə ordusunun maliyyələşdirilməsinə kömək etməyə çağırıb. Onun sözlərinə görə, “Ukrayna NATO-ya qəbul edilməsə, Rusiya Ukraynanın itirdiyi bütün əraziləri geri qaytarmalıdır”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nüvə silahı ilə bağlı açıqlamalarından sonra Zelenskini tənqid edib. 

"Zelenskinin nüvə silahına sahib olmaq istəyi ilə bağlı son açıqlamaları onun planetə xəstə fantaziyalarının obyekti kimi baxan manyak olduğunu göstərir", - deyə rəsmi bildirib. 

Gülayə Mecid 

 

Seçilən
2
unikal.az

1Mənbələr