2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası açıqlanıb.
Bu barədə APA-ya Azərbaycan Respublikası Audiovizual Şurasından bildirilib.
Qeyd edilib ki, statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belədir:
23,4% - informasiya və analitik proqramlar
16,0% - idman proqramları
14,1% - reklam məzmunlu materiallar
13,5% - musiqi və əyləncəli proqramlar
12,8% - bədii filmlər və seriallar
8,7% - mədəni-maarif janrında proqramlar
3,3% - anonslar və elanlar
3,1% - sənədli film və materiallar
2,8% - sosial proqramlar
1,2% - uşaq proqramları və cizgi filmləri
1,1% - sosial çarxlar.