AZ

Polşanın hərbi büdcəsi rekord həddə: "Məqsədimiz Rusiyanı məsafədə saxlamaqdır"

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib ki, Polşanın NATO müttəfiqləri arasında rekord müdafiə xərcləri Rusiya təhlükəsinə qarşı durmaq istəyi ilə bağlıdır.

AzNews.az bu bu barədə “Politico” jurnalına istinadən xəbər verir .

Nəşr nazirin sözlərini sitat gətirir: “Polşa iki səbəbə görə hərbi xərclərə görə NATO-da liderdir: Amerikanı yaxın, Rusiyanı isə məsafədə saxlamaq niyyətindəyik.

"Politico" qeyd edir ki, cari 2025-ci ildə Varşava milli ÜDM-in 4,7 faizindən çoxunu müdafiəyə xərcləmək niyyətindədir, NATO üzvləri isə 2 faiz xərcləməlidir. Məqalədə deyilir:

"Bu məbləğin böyük hissəsi Polşa silahlı qüvvələrinin modernləşdirilməsi və genişləndirilməsi üçün yeni silahlara yönəldilib. Kosiniyak-Kamış qeyd edir ki, ölkəsi Amerika silahlarına 55-60 milyard dollar xərcləyib".

Seçilən
3
aznews.az

1Mənbələr