AZ

2025-ci Kann Film Festivalının münsiflər heyətinin sədri seçildi

Fransız aktrisa Cüliyetta Binoş gələn il Kann kinofestivalının münsiflər heyətinə rəhbərlik edəcək.

Kulis.az xəbər verir ki, "Şokolad", "Gizli", "Paris səni sevirəm", "Sevginin sehri", "Əsli kimidir", "Bilinməyən şifrə" kimi ekran işlərində oynayan 60 yaşlı fransız aktrisa Kann tarixində festivala rəhbərlik edən ikinci qadın olacaq.

O , "İngilis xəstəsi" (1997) filmindəki roluna görə "Ən yaxşı ikinci plan qadın rolu" nominasiyasında Oskar qazanıb. 2010-cu ildə "Təsdiq edilmiş surət" filmindəki roluna görə Kannda "Ən yaxşı aktrisa" mükafatına layiq görülüb.

Seçilən
40
kulis.az

1Mənbələr