Krasnodarda neft emalı zavoduna hücum olub
Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) Rusiya Federasiyasının Krasnodar vilayətinə hücumu nəticəsində neft emalı zavodunda yanğın baş verib.
Reyting.az-ın məlumatına görə, Krasnodar qubernatoru şəhərə PUA hücumunu təsdiqləyib.
“Xüsusən də orada neft məhsulları olan çən yanıb”,- vilayət qubernatoru Veniamin Kondratyev bildirib.
“Kanevski rayonunun Novominskaya kəndində PUA-nın qalıqları neft məhsullarının kiçik qalıqları olan çənin üzərinə düşüb. Yanğın başlayıb. Daha sonra yanğın lokallaşdırılıb, ilkin olaraq tələfat yoxdur”, - məlumatda qeyd edilir.
Rusiyanın Teleqram kanallarının məlumatına görə, “Albaşneft” MMC-nin neft emalı zavoduna hücum olub və səhərə qədər yanğın hələ də söndürülməyib. Bu, Krasnodar diyarının Novominsk kəndində yeganə neft emalı zavodudur. Hazırda onun layihə gücü emal həcmini ildə 320 min ton karbohidrogen xammalına çatdırmağa imkan verir.
V. QULİYEV