AZ

SOCAR: Hava şəraiti ilə əlaqədar dənizdə təhlükəsizlik tədbirləri gücləndirilib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində “Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Bu barədə SOCAR-dan bildirilib.

 

Məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyyələr olunub, mövcud vəziyyət nəzarətdə saxlanılır.

Tarix: 5 Fevral 2025, 09:59   
Seçilən
7
20
pravda.az

10Mənbələr