AZ

Xərçəng riskini azaltmaq üçün vacib tövsiyələr - SİYAHI

Dünyada hər il təxminən 18 milyon insanda xərçəng xəstəliyi aşkar edilir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qorxunc xəstəliyə tutulanlardan ildə təxminən 9,6 milyonu dünyasını dəyişir.

Ölüm riskini azaltmaq üçün sağlam həyat vərdişlərini mənimsəmək tövsiyə olunur.

Xərçəngdən yayınmaq üçün 12 vacib tövsiyəni təqdim edirik:

1. Sağlam qidalanma vacibdir. Tərəvəz, meyvə, taxıl və sağlam yağlar yeyilməlidir. İşlənmiş qidalardan və qırmızı ət istehlakından çəkinin.

2. İdeal çəkini qoruyun. Piylənmə bir çox xərçəng növləri ilə əlaqələndirilir. Müntəzəm məşq və balanslaşdırılmış pəhriz yolu ilə sağlam çəkinizi saxlamağa çalışın.

3. Daim fiziki fəaliyyətdə olun. Həftədə ən azı 150 dəqiqə orta dərəcəli məşq etməyə ehtiyac var. Aktiv həyat tərzini qəbul edin.

4. Tütün və tütün məmulatlarından uzaq durun. Siqaret çəkmək bir çox xərçəng növlərinə, xüsusən də ağciyər xərçənginə səbəb ola bilər.

5. Spirtli içkiləri mümkün qədər azaldın və tamamilə buraxın.

6. Özünüzü günəşdən qoruyun. Günəş şüalarının ən güclü olduğu vaxtlarda (10:00-16:00) çöldə olmaqdan çəkinin. Günəş kremindən istifadə edin və papaq taxın.

7. Zərərli kimyəvi maddələrdən qaçın. Kimyəvi maddələrin istifadəsini məhdudlaşdırın. Təmizləyici məhsullar və pestisidlərlə xüsusilə diqqətli olun.

8. Stressi idarə etməyi öyrənin. Meditasiya, yoqa və ya nəfəs məşqləri kimi üsulları sınayın.

9. HPV və Hepatit B kimi xərçənglə əlaqəli infeksiyalara qarşı peyvənd etdirin.

10. Müntəzəm tibbi müayinələrdən və həkiminizin tövsiyəsinə uyğun olaraq, skrininq testlərindən keçin (mamografi, kolon xərçəngi skrininqləri və s.).

11. Adekvat və keyfiyyətli yuxu da vacibdir. Gündə 7-8 saat yatmaq tövsiyyə olunur. Yuxu rejimi immunitet sistemini gücləndirir.

12. Təmiz havada nəfəs almağa çalışın. Qapalı yerlərdə havalandırmanı təmin edin və mümkün qədər çox təmiz hava alın.

Bu tövsiyələr ümumi sağlamlığınızı yaxşılaşdıraraq, xərçəng riskini azaltmağa kömək edir.


Müəllif: Teleqraf.com
Seçilən
13
1
teleqraf.com

2Mənbələr