NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Norveçdə hökumət islahatı çərçivəsində ölkənin maliyyə naziri vəzifəsinə təyin edilib. “Ulusum”.az xəbər verir ki, bu barədə Finlandiyanın teleradio yayım portalı Norveç mediasına istinadən məlumat yayıb.65 yaşlı Yens Stoltenberq 2000-2001 və 2005-2013-cü illərdə Norveçin baş naziri olub. O, Norveç İşçi Partiyasını təmsil edir.Ötən həftə Norveçdə ikipartiyalı hökumət buraxılıb, çünki azlıqda olan Mərkəz Partiyası İşçi Partiyası ilə koalisiyadan ayrılıb. Hökumətin istefasının səbəbi enerji siyasəti ilə bağlı fikir ayrılıqları olub.Yonas Gar Störenin hökuməti 2021-ci ilin oktyabrından bəri hakimiyyətdədir. Norveçdə parlament seçkiləri sentyabr ayında keçiriləcək.Səidə
Diqqət Çəkənlər
Türkiyədə maliyyə piramidası quran qardaşlara 45 min il həbs cəzası verilib
ABŞ və Avropada "Nimesil" qadağan edilib
İmişlidə qadın oğurlanıb, üç nəfər tutulub