Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 102 nəfər qəbul edilib. Bu barədə 1news.az-a KTM-dən məlumat verilib. Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü dünyasını dəyişib: "Şöbəyə qəbul edilən xəstələrdən 48 nəfər dərmandan, 19 nəfər sirkə turşusundan, 5 nəfər botulizmdən, 3-ü spirtli içkidən, 1-i qidadan zəhərlənən şəxslərdir. Həmçinin 8 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələrdən, 5 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə, 5 nəfər anaflaksiya səbəbi ilə şöbəyə yerləşdirilib. " Mərkəzdən verilən məlumata görə, ölüm halları sirkə turşusu, allergik reaksiya zəhərlənmələrindən qeydə alınıb.