![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/1c1b7c3d-691c-3473-a81e-45084cc84fd2_850.webp)
Bu gün Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, işlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq. "Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək",- deyə məlumatda qeyd edilib.
Mətləb