AZ

Macarıstan və Azərbaycan gömrük sahəsində əməkdaşlıqla bağlı saziş hazırlayır

Macarıstan və Azərbaycan gömrük sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının ilkin mərhələsindədirlər.

Day.Az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbərinin müavini Juja Keçkeş bildirib.

"İki ölkənin gömrük administrasiyaları arasında artıq əməkdaşlıq haqqında razılaşma var, lakin hələlik hazırlanmasının başlanğıc mərhələsindədir. Planlaşdırılan sazişin əsas məqsədi - bizim ölkələrin iqtisadi, fiskal, sosial, mədəni və kommersiya maraqlarına zərbə vuran gömrüklə bağlı qanun pozuntularının qarşısının alınması, araşdırılması və dayandırılması üçün gömrük orqanları arasında əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirməkdir.

Biz ona əminik ki, gömrük xidmətləri arasında sıx və operativ əməkdaşlıq gömrük fırıldağı ilə daha effektiv mübarizə aparmağımıza imkan yaradacaq. Bundan başqa, bizim gömrük orqanlarımız arasında bu sahədə bilik, təcrübə və qabaqcıl praktikaların mübadiləsinin əhəmiyyətini də vurğulamaq vacibdir", - deyə o bildirib.

Keçkeş Macarıstanın vergi və gömrük administrasiyasının nümayəndə heyətinin bu il Azərbaycana səfər edəcəyini də açıqlayıb.

"Təəssüflər olsun ki, ötən il Macarıstanın Avropa İttifaqına sədrliyi çərçivəsində yaranmış vəziyyətlə əlaqədar biz Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun dəvətini qəbul edə bilməmişdik. Lakin bu il biz yüksək səviyyəli ikitərəfli görüş keçirmək məqsədilə mütləq Azərbaycana səfər edəcəyik", - deyə o bildirib.

Keçkeşin sözlərinə görə, səfərin əsas məqsədi ikitərəfli əməkdaşlığın icmalının aparılması, görülən işlərin qiymətləndirilməsi və gələcək qarşılıqlı fəaliyyətin əsas məsələlərinin müzakirə olunmasıdır.

Seçilən
0
1
day.az

2Mənbələr