AZ

40 yaş və 923 qol - Ulduzun karyerası

Fevralın 5-də Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldonun 40 yaşı tamam olub.

Yenisabah.az xəbər verir ki, o, karyerası boyu 923 qol vurub. Onların 788-i klub, 135-si isə millidəki oyunların payına düşür.

Ronaldo Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", "Real Madrid" və Turin "Yuventus"unda da çıxış edib.

O, beşqat Çempionlar Liqası, beşqat "Qızıl top"un qalibi və Avropa çempionudur.


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr