ABŞ hələlik prezidentlər Donald Tramp və Vladimir Putinin görüşünün mümkün yeri barədə danışmağa hazır deyil.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib. Beləliklə, ABŞ və Rusiya prezidentlərinin Ukrayna münaqişəsinin dayandırılmasına həsr ediləcək görüşünün yaxın zamanda baş tutmayacağı məIum olub. Ağ Evin məlumatına görə, münaqişənin həllində də irəliləyiş yoxdur. Xatırladaq ki, Tramp seçkiqabağı çıxışlarında Ukrayna münaqişəsini 24 saata bitirə biləcəyini deyirdi.