AZ

SİF tərəfindən güzəştli kredit alan sahibkarlıq subyektlərinin sayı 75 faizə yaxın artıb

İqtisadiyyat naziri: Ötən il SİF tərəfindən güzəştli kredit alan sahibkarlıq subyektlərinin sayı 5.722-yə çatıb.

2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit alan sahibkarlıq subyektlərinin sayı ötən illə müqayisədə 74,7% artaraq 5.722-yə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də paylaşım edib.

Məlumata görə, maliyyələşdirilən layihələrin böyük əksəriyyəti - 94,7%-i regionların payına düşür:

"İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar həmçinin zəmanət-subsidiya mexanizmindən faydalanırlar.

Bu mexanizm Qarabağ və Şərqi Zəngəzurda sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrində müxtəlif layihələrin reallaşdırılmasını təşviq edib.

Sahibkarlığın inkişafına dövlət dəstəyi ölkəmizdə kiçik və orta biznesin inkişafını, məşğulluğun artmasını və işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpasını sürətləndirir".

Seçilən
7
3
operativmedia.az

4Mənbələr