Bakıda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza gecə saatlarında Xəzər rayonu Qala-Zirə yolunda qeydə alınıb.
Hadisə zamanı Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub.
Nəticədə “Saipa” markalı avtomobildə olan sərnişinlər - Polad Salmanov, Rövşən Hüseynov və “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.
“Toyota Prius”un sürücüsü isə qəza yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanıb.