Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo ən çətin rəqibinin kim olması ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, 2005-ci ilin "Qızıl top"unun qalibi əfsanəvi mərkəz müdafiəçiləri Con Terri və Paolo Maldinini seçib:
“Mənim üçün ən çətin rəqiblər qapıya gedən yolu görə bilmədiyiniz zaman qarşımıza çıxan, oyun tərzində sərt olan müdafiəçilərdi. Paolo Maldini və Con Terri meydanda rastlaşdığım ən güclü rəqiblərdən ikisidir".