AZ

Ronaldinyodan etiraf: Onlara qarşı oynamaqda çətinlik çəkirmiş

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo ən çətin rəqibinin kim olması ilə bağlı sualı cavablandırıb.

Publika.az xəbər verir ki, 2005-ci ilin "Qızıl top"unun qalibi əfsanəvi mərkəz müdafiəçiləri Con Terri və Paolo Maldinini seçib:

“Mənim üçün ən çətin rəqiblər qapıya gedən yolu görə bilmədiyiniz zaman qarşımıza çıxan, oyun tərzində sərt olan müdafiəçilərdi. Paolo Maldini və Con Terri meydanda rastlaşdığım ən güclü rəqiblərdən ikisidir".

Seçilən
12
1
publika.az

2Mənbələr