AZ

İstanbulda 4 nəfərlik ailənin aylıq xərci 83 min lirə oldu

Yazını böyüt
Yazını kiçilt

İstanbul Planlaşdırma Agentliyinin (İPA) araşdırmasına görə, şəhərdə yaşayış minimumu 2024-cü ilin yanvar ayı ilə müqayisədə 56,21 artıb. İPA 2025-ci ilin ilk ayında İstanbulda 4 nəfərlik bir ailənin yaşayış dəyərini 82880 lirə olaraq açıqlayıb.

Hafta.az-ın yazdığına görə, İPA “Yaşam dəyəri” adlı aylıq araşdırmasının yanvar ayı nəticələrini X sosial media hesabında açıqlayıb. Bildirilib ki, əsas istehlak mallarında ciddi qiymət artımı qeydə alınıb. Ən çox diqqət çəkən artım uşaq qidasında 67,43 faiz, ətdə 55,10 nəzərə çarpır. Günəbaxan yağında artım 62,28 faiz, süddə artım isə 42,54 faiz olub. İllik bazda diqqətəlayiq artımlardan biri də təraş materiallarında 92,48 faiz olub.

Seçilən
3
hafta.az

1Mənbələr