AZ

Katerina Jidkova: “İmkan verdik ki, rəqib irəli keçsin”

“Bu qələbə üçün çox şadıq”.

İdman.biz xəbər verir ki, bunu “Abşeron” voleybolçusu Katerina Jidkova deyib.

Azərbaycan millisinin sabiq hücumçusu Yüksək Liqanın IX turunda “Azərreyl”ə 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib: “Oyuna bir qədər inamsız başladıq. İmkan verdik ki, rəqib irəli keçsin. Lakin sonradan toparlandıq, öz oyunumuzu göstərməyə başladıq. Bizim üçün bu qələbə çox vacib idi, çünki bundan əvvəlki qarşılaşmada məğlub olmuşduq. Bu dəfə isə daha inamlı oynadıq. Biz məqsədimizə çatmaq üçün çalışmağa davam edirik”.

Qeyd edək ki, “Abşeron” 23 xalla turnir cədvəlinin lideridir. Onlar ikinci pillədə yer alan “Milli Aviasiya Akademiyası”nı 2 xal qabaqlayırlar.

İdman.biz

Seçilən
9
idman.biz

1Mənbələr