Azərbaycanda yüklərin (nəqliyyat) sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2024-cü ildə sığorta şirkətləri bu növ sığorta üzrə 7 milyon 11 min manat sığorta haqqı toplayıb.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 23 min manat və ya 17% çoxdur.
2023-cü ildə isə bu göstərici 5 milyon 988 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 1 milyon 762 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 551 min manat və ya 8,4 dəfə çoxdur. 2023-cü il ərzində 21 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 25% olub. Bu da illik müqayisədə 21% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 4% idi.