"Toyota Motor" çərşənbə günü illik əməliyyat mənfəəti proqnozunu 9% artırıb.
Valyuta.Az "Reuters"ə istinadən xəbər verir ki, şirkət bu artım ilə mümkün ABŞ tariflərinin təsirlərinə qarşı dayanıqlılığını nümayiş etdirib.
Dünyanın ən çox satılan avtomobil istehsalçısı, 2025-ci ilin martına qədər olan cari maliyyə ili üçün mənfəət proqnozunu 4,7 trilyon yenə (33,37 milyard dollar) yüksəldib.
Qeyd edək ki, şirkətin əvvəlki proqnozu 4,3 trilyon yen (30,53 milyard dollar) təşkil edirdi.
Rəhim