Bakı, 5 fevral, AZƏRTAC
Audiovizual Şura 2024-cü il ərzində açıq yayımlanan ümumölkə yerüstü televiziya proqramlarının janr üzrə statistikasını təhlil edib.
Bu barədə AZƏRTAC-a Audiovizual Şuranın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. Statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:
23,4% - informasiya və analitik proqramlar
16,0% - idman proqramları
14,1% - reklam məzmunlu materiallar
13,5% - musiqi və əyləncəli proqramlar
12,8% - bədii filmlər və seriallar
8,7% - mədəni-maarif janrında proqramlar
3,3% - anonslar və elanlar
3,1% - sənədli film və materiallar
2,8% - sosial proqramlar
1,2% - uşaq proqramları və cizgi filmləri
1,1% - sosial çarxlar
Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.