AZ

Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyatlarda 164 şübhəli saxlanılıb

Türkiyənin 21 vilayətində İŞİD terror təşkilatına qarşı son bir həftədir davam edən “Gürz-44” əməliyyatlarında 164 şübhəli saxlanılıb.

İki sahil” xəbər verir ki, bu barədə Daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Nazir İstanbul və Ankara daxil olmaqla 21 vilayətdə keçirilən əməliyyatlarda tutulan şübhəlilərin təşkilat daxilində fəaliyyət göstərdiklərini və təşkilata maliyyə təmin etdiyini bildirib.

Əməliyyatlar nəticəsində sənədsiz silah və tüfənglərin və çoxlu sayda rəqəmsal materialın ələ keçirildiyini bildirən Yerlikaya, "Sosial həmrəyliyimiz və ortaq dəyərlərimiz terrorun yayılmasının qarşısının alınmasında ən təsirli müdafiə mexanizmlərindən biridir. Biz hərtərəfli mübarizə ilə terroru ölkəmizdən silməkdə qərarlıyıq", - deyə bildirib.

Yerlikaya, əməliyyatları koordinasiya edən Respublika Baş prokurorluğunu və polis qruplarını təbrik etdi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
2
ikisahil.az

1Mənbələr