AZ

Azərbaycanın "qara siyahı"sındakı şəxs Trampın "sağ əli" oldu

ABŞ Senatının Kəşfiyyat komitəsi Tulsi Qabbardı Milli  Kəşfiyyat Xidməti direktoru vəzifəsinə təsdiqləyib. 

Onun bu vəzifəyə namizədliyi Prezident Donald Tramp tərəfindən irəli sürülüb. 

"Cebheinfo.az" xəbər verir ki, onun namizədliyini 9 senator dəstəkləyib, 8 nəfər əleyhinə olub. Qabbard 2017-ci ildə Konqres üzvü olduğu zaman Ermənistana, ordan isə qanunsuz olaraq işğal altındakı Qarabağa səfər edib. 

Buna görə də Azərbaycan tərəfindən "qara siyahı"ya salınıb. 2019-cu ildə prezidentliyə namizəd olan Qabbard qondarma erməni soyqırımı  qətnaməsinin həmmüəlliflərindən biridir. 2020-ci ildə isə o, Türkiyəni "Qarabağda müharibəni alovlandırmaqda" ittiham edib. Elə həmin il  sabiq dövlət katibi Mayk Pompeoya məktəb yazaraq Azərbaycan əleyhinə fikirlər səsləndirib. O, ABŞ ordusunun veteranıdır, 20 il xidmət keçib. Ancaq digər namizədlərdən fərqli olaraq, kəşfiyyat sahəsində təcrübəsi yoxdur. Qabbard Demokrat Partiyasının üzvü olub,  ancaq 2022-ci ildə istefa verib.  2024-cü ildə prezident seçkilərində Donald Trampı dəstəkləyib. 

Seçilən
6
cebheinfo.az

1Mənbələr