AZ

İstanbul nəhəngi Madrid klubunun ulduzunu ALIR - FOTO

Super Liqa nəhəngi "Beşiktaş" səs-küylü transfer etməyə hazırlaşır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komanda norveçli ulduz hücumçu Aleksandır Shörlotu radarına salıb.

Futbolçu ilə razılaşma əldə olunduğu deyilir.

Transferin son detallarının müzakirə edildiyi və qısa müddət ərzində rəsmi açıqlamanın verilməsi gözlənilir. Hücumçu bu mövsüm "Atletiko Madrid"in heyətində çıxdığı 29 oyunda 10 qol və 2 assistlə yadda qalıb.

Xatırladaq ki, oyunçu illər öncə "Trabzonspor"un formasını tərlədib. 29 yaşlı futbolçu mövsümün əvvəlində 32 milyon avro qarşılığında "Villarreal"dan "Atletiko"ya transfer olunmuşdu.

Tural 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
2
milli.az

1Mənbələr