AZ

AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH

Bakı. Trend:

Rusiya mediasında mərkəzi hakimiyyət dairələrinin sifarişiəsasında AZAL-a məxsus təyyarənin vurulması faktı ilə bağlıreallığa uyğun olmayan informasiyaların yayımlanması, qarayaxma,böhtan xarakterli şərhlərin verilməsi və əsassız ittihamlarınsəsləndirilməsi hüquqa, humanizm və siyasi əxlaq prinsiplərinə,Azərbaycan-Rusiya münasibətlərinin mahiyyətinə ziddir və təəssüfki, həm də qarşılıqlı münasibətlərin inkişaf perspektivini şübhəaltına alır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıAzər Kərimli deyib.

Millət vəkili xatırladıb ki, AZAL-a məxsus təyyarənin vurulmasıçoxsaylı günahsız insanın ölümünə səbəb olub:

“Bu baxımdan, tamamilə fərqli reallıqlar çərçivəsində baş verənhadisələr arasında uğursuz paralellər aparmaq, məsuliyyətdənyayınmaq üçün atılan ikrah doğurucu addımlardan başqa bir şeydeyil. Təyyarənin Rusiyanın hava məkanında vurulması inkar edilməsimümkün olmayan bir faktdır. Belə məqamlarda beynəlxalq hüquq,dövlətlərarası münasibətlər, humanizm dəyərlərinə azacıq da olsa,hörmət bəsləyən ölkələr bir qayda olaraq baş verən hadisəyə görərəsmi qaydada üzr istəyir, təzminat ödəyir, günahkarlarıncəzalandırılması istiqamətində təxirəsalınmaz və şəffaf addımlaratırlar”.

Azər Kərimli bildirib ki, Rusiyanın siyasi dairələri beynəlxalqhüquq, humanizm prinsiplərinin başqaları tərəfindən pozulmasındanşikayətlənir:

“Rusiya siyasi dairələri mövcud reallıqlarla barışmadıqlarını vədaha ədalətli olduqlarını görüntüləmək üçün söz yarışına çıxırlar.Əgər həqiqətən də, Rusiya dünyada ədalət, hüquq, humanizmprinsiplərinin bərqərar olmasında maraqlıdırsa, özünün digərləriilə müqayisədə daha ədalətli, obyektiv olduğunu düşünürsə,buyursun, hər hansı bir müharibə və münaqişə şəraitində deyil, sülhşəraitində kimlərinsə günahı ucbatından həyatını itirən günahsızinsanların ölümünə obyektiv münasibət göstərsin. Dəyərlər özünüsözdə deyil, əməldə büruzə verməlidir”.

Milli Məclisin deputatı Səbinə Salmanova isəTrend-əaçıqlamasında Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq haqlıtələblərini irəli sürür:

“Azərbaycanın AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsininvurulmasından bir müddət sonra 2020-ci ilin noyabrında Rusiyahelikopterinin vurulması ilə bağlı hadisə də gündəmə gətirilib. Buhadisə ilə AZAL təyyarəsinin vurulması arasında Rusiya mətbuatındaparalellər aparılıb. Əslində, iki hadisənin bir-biri iləəlaqələndirilməsi Azərbaycanı daha da təzyiq altına almağa yönələnbir cəhddir. Lakin bu yanaşma Rusiya tərəfinin öz maraqlarıçərçivəsində bir təzyiq vasitəsi olaraq istifadə etdiyi bir taktikaidi. Həqiqət isə bundan fərqlidir. Bu iki hadisə yalnız hərbi vədiplomatik münasibətlər baxımından deyil, həm də media vasitəsiləaparılan qarayaxma kampaniyaları ilə də öz təsirini göstərib”.

Millət vəkili vurğulayıb ki, Rusiya PrezidentAdministrasiyasının yerli mediaya verdiyi komanda əsasında başlananqarayaxma kampaniyası Azərbaycanın beynəlxalq imicinə zərər vurmağayönələn strateji addımdır:

“AZAl təyyarəsinin vurulmasının təfərrüatı və bunun səbəblərihələ də bir çox suallar doğurur. Bu hadisə beynəlxalq hüquq və sülhmühitinə böyük təsir göstərib, təyyarə vurulandan sonra Azərbaycantərəfindən Rusiya və beynəlxalq təşkilatlara qarşı haqlı tələblərirəli sürülüb. Rusiya Prezident Administrasiyasının yerli mediayaverdiyi komanda əsasında başlayan qarayaxma kampaniyası Azərbaycantərəfinin haqlı tələblərinin üstünü örtmək və Azərbaycanınbeynəlxalq aləmdəki mövqeyini zəiflətmək məqsədi güdür. Bukampaniya hər iki ölkə arasındakı gərgin diplomatik münasibətlərindaha da dərinləşməsinə səbəb olub.

Rusiya və Ermənistanın Qarabağda 2023-cü ildə həyata keçirilənantiterror əməliyyatı zamanı rusiyalı sülhməramlıların həlakolmasına verdiyi reaksiya Azərbaycan tərəfinin vəziyyətə aydınlıqgətirmək və doğru məlumatları yaymaq istəyi ilə ziddiyyət təşkiledirdi. Azərbaycanın haqqı olan müdafiə siyasəti və əməliyyatınqanuni olaraq həyata keçirilməsi bu ittihamların əsassız olduğunubir daha göstərdi”.

Deputat bildirib ki, Azərbaycan haqlı tələblərini davamlışəkildə irəli sürür.

“Bu tələblər arasında ən əsas olanı AZAL təyyarəsininvurulmasına görə üzr istənilməsi, kompensasiya ödənilməsi vəgünahkarların cəzalandırılmasıdır. Azərbaycan beynəlxalq hüquqçərçivəsində, həm də ədalətin təmini məqsədilə bu tələblərin yerinəyetirilməsini tələb edir. Bu, yalnız hüquqi baxımdan deyil, həm dəAzərbaycanın milli maraqlarının qorunması baxımındanəhəmiyyətlidir. Bundan əlavə, Azərbaycan beynəlxalq diplomatikvasitələrdən istifadə edərək, öz mövqeyini və haqlı tələblərinidaha geniş bir arenada səsləndirməyə davam edəcək”.

Seçilən
3
az.trend.az

1Mənbələr