AZ

Sahibkarlığın inkişafına dövlət dəstəyi kiçik və orta biznesin inkişafını sürətləndirir

2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit alan sahibkarlıq subyektlərinin sayı ötən illə müqayisədə 74,7% artaraq 5.722-yə çatıb.

Bu barədə sosial şəbəkə hesablarında iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. Nazir əlavə edib ki, maliyyələşdirilən layihələrin böyük əksəriyyəti - 94,7%-i regionların payına düşür. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar həmçinin zəmanət-subsidiya mexanizmindən faydalanırlar. Bu mexanizm Qarabağ və Şərqi Zəngəzurda sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrində müxtəlif layihələrin reallaşdırılmasını təşviq edib: “Sahibkarlığın inkişafına dövlət dəstəyi ölkəmizdə kiçik və orta biznesin inkişafını, məşğulluğun artmasını və işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpasını sürətləndirir”.

Seçilən
5
vergiler.az

1Mənbələr