Ukrayna Donetsk istiqamətində mövqelərini bərpa edə bilib
Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Nadiyevka yaxınlığındakı mövqelərini bərpa edib.
Reyting.az xəbər verir ki, bu barədə “DeepState” layihəsi məlumat yayıb.
Eyni zamanda, analitiklər rus ordusunun bir sıra ərazilərdə irəlilədiyini qeyd ediblər. Xüsusilə, söhbət Xarkov vilayətindəki Zapadnoye, Kondraşovka və Topoladan gedir. “Alexandropol ərazisi dəqiqləşdirilib”, - məlumatda deyilir.
Xatırladaq ki, dünən Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə Rusiya ilə müharibə zamanı həlak olanların təxmini sayının – 45.100 ukraynalı olduğunu bildirib. O əlavə edib ki, əsir götürülən ukraynalı müdafiəçilərin dəqiq sayı məlum deyil.
Bundan əlavə, Zelenski yaralıların da sayını açıqlayıb. Onun sözlərinə görə, söhbət təxminən 390 min xəsarət hadisəsindən gedir.
“Elə insanlar var ki, yaralanıb, lakin sonra cəbhə xəttinə qayıdaraq yenidən yaralanıb”, - deyə prezident əlavə edib.
ELÇİN