AZ

Tramp: Rusiya və Ukrayna ilə “çox konstruktiv danışıqlar aparırıq

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya və Ukrayna ilə “çox konstruktiv danışıqlar aparır”. Məlumatı RİA Novosti verib. 

“Biz Ukrayna ilə bağlı çox yaxşı danışıqlar aparırıq, çox konstruktiv danışıqlar aparırıq. Və biz Rusiya və Ukrayna rəhbərliyi ilə danışıqlar aparırıq”, - ABŞ prezidenti İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı zamanı deyib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla hər iki ölkəni maraqlandıran bütün sahələr üzrə danışıqlara hazır olduğunu bəyan etmişdi. Tramp Putinlə “dərhal” görüşmək istədiyini bildirib. Moskva dəfələrlə Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bildirib, lakin 2022-ci ilin oktyabrında Kiyev bu cür təmaslara qanunvericilik qadağası tətbiq edib.

 

P.ƏMİRCANOV

XQ

 

 

 

Seçilən
4
xalqqazeti.az

1Mənbələr