AZ

Bakıda dəhşətli yol qəzası - 3 nəfər öldü, sürücü hadisə yerindən qaçdı

Image

Bakıda ağır yol qəzası olub. Hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.
Nəticədə "Saipa" markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius"un sərnişini Nizami Soltanov hadisə yerində ölüb. "Toyota Prius"un sürücüsü isə hadisə yerindən qaçıb. Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.

Mətləb





Seçilən
27
25
baki-xeber.com

10Mənbələr