AZ

Yazıçı-jurnalist Bəhram Çələbi vəfat etdi


Yazıçı-jurnalist Bəhram Çələbi 79 yaşında vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə mərhumun həyat yoldaşı məlumat verib.

Bildirilib ki, o, dünən gecə saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, B.Çələbi Şəki şəhər qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, B.Çələbi Şəkidə anadan olub. O, bir müddət Şəki şəhərində müxtəlif vəzifələrdə çalışıb və 1980–1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru olub. Kriminal mövzularda kitabların müəllifidir.

Seçilən
2
9
bakupost.az

10Mənbələr