AZ

Qəhrəman şəhidimiz Samir İslamovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Samir İslamov 1983-cü il fevralın 5-də Sumqayıt şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 1997-2000-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2000-2004-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və 2004-cü ildən etibarən "leytenant" rütbəsi ilə ordu sıralarında xidmət etməyə başlayıb. 2007-ci ildə "baş leytenant", 2014-ci ildə isə "kapitan" rütbəsi alıb. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Samir İslamov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 9-da bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Samir İslamov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
24
qht.az

1Mənbələr