AZ

ABŞ Maskın deportasiyasınıistəyir

Yüzlərlə insan amerikalı milyarder İlon Maskın milyonlarla amerikalının məxfi məlumatlarını ehtiva edən maliyyə sistemlərinə müdaxiləsinə qarşı ABŞ Maliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

“Heç kim İlonu Seçmədi” adlı mitinq "Indivisible", "MoveOn" və "Working Families" Partiyası da daxil olmaqla bir neçə solçu təşkilat tərəfindən təşkil edilib. Onlara Konqresin bəzi üzvləri də qoşulub. Etirazçılar Maskın deportasiyasını təklif ediblər.

Etirazçılar ABŞ Pezidenti Donald Trampı fəhlə sinfini dəstəkləmək üçün namizədliyini irəli sürməkdə, əksinə milyarderləri və korporasiyaları daha da zənginləşdirmək üçün gücdən istifadə etməkdə ittiham ediblər.

Türkan İSGƏNDƏRLİ

 

Seçilən
4
redaktor.az

1Mənbələr