Dubaydan evə qayıdan rusiyalı qadının üzərindən 12 kq-dan çox bəyan edilməmiş şokolad aşkar edilib.
Bu barədə Rusiyanın Mineralnıye Vodı Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, “Yaşıl” dəhlizdən keçən 48 yaşlı qadının çamadanından bahalı Dubay şokoladları tapılıb: "Sərnişinin əşyaları arasında 164 min rubl dəyərində 8 bağlama "Fix desert chocolatier" şokoladı olub. Sərnişin özü, qızı, qohumları və qonşuları üçün 56 şojolad aldığını deyib".
Tural Tağıyev