Yazıçı-jurnalist Bəhram Çələbi (Mustafabəyli) vəfat edib.
Teleqraf.com-a bu barədə mərhumun yaxınları məlumat verib.
Əslən Şəkidən olan Bəhram Çələbi ailəsindən ayrı Bakıda yaşayırdı. Onun meyiti Bakıda tək yaşadığı evində aşkarlanıb.
Bəhram Çələbi 26 oktyabr 1946-ci il tarixdə Şəkidə anadan olub. 1964-cü ildə Şəki şəhər 2 №-li orta məktəbini, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirib.
Dövri-mətbuatda ilk olaraq idman mövzusunda məqalə, şeir və hekayələri, daha sonra “Avtoritet”, “Kriminal”, “İnterpolis” qəzetlərində kriminal mövzuda məqalələri dərc olunub.
2003-cü ildən oğru dünyası mövzusunda kitabları çap olunmağa başlayıb. İlk kitabı “Diktator Ağakərim” romanı olub, onun rus dilində tərcüməsi isə “Boq Urala” adı ilə oxuculara təqdim edilib.
Bəhram Çələbinin xəstəlikdən vəfat etdiyi bildirilir.