AZ

“BU, SAHİBKARLARI İFLİC VƏZİYYƏTƏ SALIR...” - “Vergi orqanı “tutar qatıq, tutmaz ayran” məsəli kimi davranır”

“Dövlət Vergi Xidmətinə yüksək məbləğlərdə cərimələr tətbiq olunmalıdır”

Son illər əksər dövlət qurumlarının elektron sistemlərinin işinin təşkilində və effektivliyinin artırılmasında təkmilləşdirmə işləri aparılsa da, Dövlət Vergi Xidmətində (DVX) hələ də bir sıra çatışmazlıqlar, problemlər qalmaqdadır. Bu problemlərdən biri də vergi borcu olan sahibkarların hesablarının çox zaman lüzumsuz yerə tamamilə bloklanması, nəticədə onların biznes fəaliyyətinin iflic vəziyyətə salınma mexanizmidir.

Daha anlaşılan dillə desək, söhbət vergi borcuna görə bank hesabına blok qoyulmasından gedir. Deməli, əgər vergi ödəyicisi müəyyən edilmiş müddət ərzində vergi borcunu ödəmirsə, Vergilər Xidməti borcun məcburi qaydada tutulması üçün banklara sərəncam göndərərək, borclunun hesabını bloklayır. Bundan sonra isə şəxsin bank hesabı dondurulur. Bu zaman şirkət və ya fərdi sahibkar öz hesabından pul çıxara və köçürmə də daxil olmaqla, heç bir əməliyyat apara bilmir.

Seçilən
6
azpolitika.info

1Mənbələr