AZ

Dünya bazarlarında neft yanvarda 7% bahalaşıb

Bu ilin yanvar ayında dünya bazarlarında “Brent” etalon markalı neftin 1 barelinin orta qiyməti 79,2 ABŞ dolları təşkil edib, bu da ötən ilin dekabr göstəricisi (73,8 dollar) ilə müqayisədə 7,3% çoxdur.

Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2024-cü ildə “Brent” neftinin orta qiyməti 80,7 dollar səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi (82,6 dollar) ilə müqayisədə 2,3% azdır.

Məlumata görə, cari ilin yanvar ayında WTI (West Texas Intermediate) etalon markalı neftin 1 barelinin orta qiyməti 75,1 ABŞ dollarına bərabər olub, bu da öncəki ayın göstəricisi (69,8 dollar) ilə müqayisədə 7,6% çoxdur.

Qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 75,8 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (77,7 dollar) ilə müqayisədə 2,4% azdır.




Seçilən
7
1
Shafaqadogru.com

2Mənbələr