AZ

Səfir: Cəmmu və Kəşmir əhalisinin çəkdiyi əzab Azərbaycan xalqının Qarabağın işğalı dövründə yaşadıqlarına bənzəyir

“Hindistanın qanunsuz işğal etdiyi Cəmmu və Kəşmir əhalisinin çəkdiyi əzab, Azərbaycan xalqının Ermənistanın Qarabağı işğal etdiyi dövrdə yaşadıqlarına bənzəyir”.

APA xəbər verir ki, bu fikirləri Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin “Kəşmirlə Həmrəylik Günü” münasibətilə səfirlikdə keçirilən tədbir zamanı deyib.

O bildirib ki, Hindistanın əslində Pakistanın beynəlxalq aləmdə tanınan ərazilərini işğal etməsi BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi ilə təsdiqini tapıb:

“Hindistanın işğalçı qüvvələri Kəşmirin mülki əhalisinə, o cümlədən kişilərə, qadınlara, uşaqlara və yaşlılara qarşı amansız güc tətbiq etməyə davam edirlər. Kəşmir gənclərinin qanunsuz həbs edilmələri, Kəşmirli qadınlara qarşı təcavüzlər və davam edən qətllər dünya miqyasında ciddi narahatlıq doğurur. Bu cür insanlıq əleyhinə olan cinayətlərə Hindistanın dövlət qüvvələrinin bütün səviyyələrinin qatılması təəssüf doğuran haldır. Hindistanın bu etdikləri Cəmmu və Kəşmirdəki müsəlman əhalisini öz torpaqlarında azlıq vəziyyətinə salmağa yönəlmişdir. Cəmmu və Kəşmirin davam edən işgəncələri, hazırkı Hindistan hökumətinin dini azlıqlara, xüsusən də müsəlmanlara qarşı ekstremist ideologiyasını əks etdirir”.

Diplomat həmçinin qeyd edib ki, BMT-nin himayəsi altında Kəşmir xalqına müqəddəratını təyinetmə hüququnu öz arzularına uyğun olaraq, sərbəst və ədalətli referendum vasitəsilə həyata keçirməyə imkan verilənə qədər beynəlxalq aləmin bu xalqa dəstəyi davam etdirməsi vacibdir:

“Hər il, fevralın 5-də qeyd olunan “Kəşmirlə Həmrəylik Günü”nün əhəmiyyəti beynəlxalq ictimaiyyətin Cəmmu və Kəşmir xalqıın öz müqəddəratını təyinetmə hüququ uğrunda haqlı mübarizəsinə dəyişməz dəstəyinin təsdiqidir. Pakistan hökuməti və Kəşmir xalqı, Cəmmu və Kəşmir məsələsində ədalətli və davamlı dəstəyinə görə Azərbaycanın qardaş xalqına və hökumətinə təşəkkürlərini bildirirlər”.

Tədbir digər çıxışlarla yekunlaşıb.

Səfir: Səfir: Səfir: Səfir: Səfir: Səfir: Səfir: Səfir: Səfir: Səfir: Səfir: Səfir: Səfir: Səfir: Səfir: Səfir: Səfir:
Seçilən
9
apa.az

1Mənbələr